İdman24
Futbol · APA Sport

ÇL: “Sabah”ın potensial rəqibi bəlli olacaq - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşəcək.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə III təsnifat mərhələsinin qalibləri və məğlublarının mümkün cütləri formalaşacaq.

Valdas Dambrauskasın baş məşqçisi olduğu “Sabah” turnirin I təsnifat mərhələsində Uelsin TNS (2:0, 2:1), II təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” (1:0, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.

Azərbaycan çempionu III təsnifat mərhələsində Danimarkanın “Orhus” kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə 25-26-da keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə