İdman24
Futbol · Report İdman

U-15 millisinin baş məşqçisi Famil Xəlilov: "Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika U-15 millisinin baş məşqçisi Famil Xəlilov: "Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır" Futbol 26 oktyabr, 2026 12:49 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin əsas hədəfi qrup mərhələsini ikinci pillədə başa vurmaqdır.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Famil Xəlilov İsrailə Hövsan Yarış Kompleksində qalib gəldikləri matçdan (3:1) sonra deyib.

O, komandanın son oyunu və futbolçuların psixoloji durumu haqqında fikirlərini bölüşüb:

"Futbolçuları təbrik edirəm, layiq idilər və qələbə qazandılar. Məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar. Uşaqlar bu təzyiqin altından çıxa bildilər, bizi sevindirən amillərdən biri də budur".

Mütəxəssis qrupdakı vəziyyəti dəyərləndirib:

"Avstraliya qrupu böyük ehtimalla lider kimi bitirəcək. Bizim və Haiti komandasının 9 xalı var, ikincilik uğrunda mübarizə aparırıq. Növbəti oyundakı heç-heçə və ya qələbə qrupu ikinci pillədə tamamlamağımıza səbəb olacaq. Bütün diqqətimizi buna yönəltmişik. Oktyabrın 27-dən sonra B qrupundakı rəqiblər bəlli olacaq və mübarizəni orada davam etdirəcəyik. Orada da 5 oyunumuz var".

F.Xəlilov heyətdə edilən əvəzetmələrə və futbolçuların inkişafına da toxunub:

"Həm növbəti oyun üçün balanslı hərəkət etməyi planlaşdırırdıq, həm də digər uşaqlara şans qazandırmaq istəyirdik. Əsas olan futbolçuların inkişafıdır. Çalışırıq ki, heyətdəki 14 nəfərin hamısı bərabər şans qazansın".

Baş məşqçi turnirin ümumi ssenarisi ilə bağlı ehtimallarını da açıqlayıb:

"Düşündüyümüz qrup çox önəmlidir, amma konkret favorit göstərə bilmərəm. Çünki sürpriz komandaların da çempion olmaq ehtimalı var".

Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 14:08 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb Maliyyə 14:08 Abbas Abbasov Kanaki və Maʻohi Nuidən Azərbaycana gəlmiş ictimai-siyasi fəallarla görüşüb Xarici siyasət 14:05 Foto Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib Hərbi 13:58 "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək Maliyyə 13:53 Foto Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Fərdi 13:46 Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb Energetika 13:45 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Xarici siyasət 13:43 Azərbaycan Avstriyaya fındıq ixracını bərpa edib Biznes 13:38 Tom Berendsen: Niderland Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə