Digər · APA Sport
Şara Maqomedov: Bütün sərvətləri özümlə aparmaq istəyirəm

“Mən döyüşçüyəm. Rəqibim isə akrobat, aktyor və rəqqasdır”.
“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri UFC döyüşçüsü Şara Maqomedov deyib.
O, Mişel Pereyra ilə döyüşü dəyərləndirib: “İstərdim ki, rəqibim özünün ən yaxşı versiyasını mənə göstərsin. Oktaqonda döyüşək, maraqlı görüş alınsın. Bura öz gəmimlə gəlmişəm. Bütün sərvəti özümlə aparmaq istəyirəm. Şənbə günü keçiriləcək döyüş kəmər uğrunda atılmış növbəti addım olacaq”.
Maqomedov futbolu sevdiyini də söyləyib: “Hazırda dünya çempionatı davam edir. Bir zamanlar futbolçu olmaq istəyirdim. Hücumçu mövqeyini sevirəm, Iakin yaxşı müdaxilələrin olduğu üçün məni qapıçı kimi oynadırlar”.
Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.