Rektor: Qarabağ Universiteti Özbəkistanın aparıcı ali məktəbləri ilə əməkdaşlıq qurmaqda maraqlıdır

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 24° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rektor: Qarabağ Universiteti Özbəkistanın aparıcı ali məktəbləri ilə əməkdaşlıq qurmaqda maraqlıdır Elm və təhsil 16 oktyabr, 2026 10:57 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağ Universiteti Özbəkistanın aparıcı universitetləri ilə əməkdaşlıq qurulmasında maraqlıdır.
"Report" Qərb bürosunun Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığının inkişafına həsr olunan İkinci Rektorlar Forumunda çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, Qarabağ Universiteti sürətlə böyüyür və missiyası yeni dövrün universitetinə çevrilmək, dünya səviyyəli universitetə çevrilmək yolunda sürətlə irəliləmək və birlikdə Azərbaycanın növbəti mərhələdəki inkişafında pay sahibi olmaqdır:
"Universitetdə həyata keçirdiyimiz tədbirlərin əsas mahiyyəti çox ciddi tədris prosesinin qurulması, tədrisin keyfiyyətinin öndə getməsi, dünya səviyyəli universitetlərdə olan həqiqi prosesi qurmaqdır, təbii ki, müasir universitet olmaq üçün həm də ciddi tədqiqatların aparılması əsas prioritetlərimiz sırasındadır. Ən önəmli hədəflərimizdən biri həm də cəmiyyət həyatını asanlaşdıracaq innovativ həllərin hazırlanmasıdır".
Rektorun sözlərinə görə, Qarabağ Universitetinin strateji hədəflərinə gedən yolda beynəlxalq əməkdaşlığın yaradılması çox önəmlidir:
"Bu kontekstdə qardaş Özbəkistanın aparıcı universitetləri ilə əməkdaşlığın qurulmasında çox maraqlıyıq. Baxmayaraq ki, Qarabağ Universiteti ən gənc universitetdir, qardaş ölkənin universitetləri ilə bölüşmək üçün təcrübəsi artıq formalaşıb".
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Bölgə xəbərləri Sosial şəbəkələrdə paylaşın Скопировано Карабахский университет заинтересован в сотрудничестве с ведущими вузами Узбекистана Karabakh University interested in cooperating with leading universities in Uzbekistan --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 12:45 İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib Digər 12:43 Sabah Azərbaycanda 31 dərəcə isti olacaq Ekologiya 12:43 Foto II Azərbaycan-Özbəkistan Rektorlar Forumunda 40-dan çox anlaşma memorandumu imzalanıb - YENİLƏNİB Elm və təhsil 12:41 Foto Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Sosial müdafiə 12:41 Foto Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımaları 7 dəfə artıb İnfrastruktur 12:36 Foto "Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib Futbol 12:33 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb Energetika 12:33 Vüqar Zifəroğlu: Jurnalistikanın inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək Media 12:32 İlqar Həsənov: "Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır" Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.