Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 16° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Elm və təhsil 07 noyabr, 2026 11:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.
Report xəbər verir ki, dövlət başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi.
Bildirildi ki, kitabxana tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılması baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq, tələbə və əməkdaşların təhsil, elmi-tədqiqat və informasiya ehtiyaclarının qarşılanmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək.
Müasir standartlara cavab verəcək dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq üçün nəzərdə tutulan məkanların yaradılması planlaşdırılır. Universitetin akademik ehtiyaclarını qarşılamaqla və potensialını gücləndirməklə yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi rolunu oynayacaq kitabxana binası elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqinə, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsinə və Qarabağda sosial-mədəni mühitin inkişafına töhfə verəcək.
Qeyd edilib ki, Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq. Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək.
Mərkəz, eyni zamanda, Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması və universitetlə dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Mərkəz universitetdə innovasiya mədəniyyətinin formalaşmasına, elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, həmçinin Qarabağ regionunda texnoloji inkişafın, sahibkarlığın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto Ильхам Алиев заложил фундаменты Библиотеки и Инновационного центра Карабахского университета Foto Foundation stones laid for Library and Innovation Center buildings of Garabagh University --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 12:36 Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Digər 12:33 Foto İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Sağlamlıq 12:29 Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş medal qazanıblar Fərdi 12:20 Sabah Azərbaycanda intensiv yağış yağacaq Ekologiya 12:18 Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq Biznes 12:15 Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib Daxili siyasət 12:12 Foto Video Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub Daxili siyasət 12:08 Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahanı keçiriləcək Daxili siyasət 12:04 "Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb Komanda Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.