İoannis Diamantakos Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin baş məşqçisi təyin olunub

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İoannis Diamantakos Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin baş məşqçisi təyin olunub Komanda 29 sentyabr, 2026 10:26 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İoannis Diamantakos basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunub.
Bu barədə "Report" a Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.
ABF yunanıstanlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
O, son olaraq Səudiyyə Ərəbistanının "AlUla" klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.
Mütəxəssis Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas millisinin, eləcə də U-18 oğlan və qız yığmalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis həmçinin Fələstinin kişilərdən ibarət əsas millisinə və Rumıniyanın U-20 yığmasına rəhbərlik edib.
Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U-18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U-18 WABA turnirində qazanılan gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü "səkkizlik"də yer alıb və FIBA U-20 Avropa çempionatını beşinci pillədə başa vurub.
Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.
Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U-16, U-18 və U-20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Диамантакос возглавил женскую сборную Азербайджана по баскетболу Ioannis Diamantakos appointed Azerbaijani women's basketball coach USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 12:43 Sabah rayonlara yağış yağacaq Ekologiya 12:30 Foto Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb ASK 12:28 "AzərEnerji" ixrac gəlirlərini 66 % artırıb Energetika 12:28 Foto FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib Xarici siyasət 12:19 İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır Futbol 12:18 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Fərdi 12:14 Foto İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Futbol 12:12 Fərid Qayıbov: "İşğaldan azad olunmuş ərazilərdə idman yarışlarının arealı genişlənir" Fərdi 12:12 Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.