İdman24
Digər · APA Sport

Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 3-dən 8-dək “Dalğa Arena” təlim-məşq mərkəzində təlim-məşq toplanışı keçəcək.

Apasport.az xəbər verir ki, daha sonra isə komandamız noyabrın 9-dan 18-dək Almaniyanın Frankfurt şəhərində 2026/2027-ci illər mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək.

Millimiz noyabrın 11-də Almaniya, 14-də Şimali İrlandiya, 17-də isə Litva yığması ilə qarşılaşacaq.

1-ci oyun: 11 Noyabr. Saat 14:00 (Bakı vaxtı). U17 Almaniya – U17 Azərbaycan Stadion: "DFB Kampus"

2-ci oyun: 14 Noyabr. Saat 19:30 (Bakı vaxtı). U17 Şimali İrlandiya – U17 Azərbaycan Stadion: "DFB Kampus"

3-cü oyun: 17 Noyabr. Saat 14:00 (Bakı vaxtı). U17 Azərbaycan – U17 Litva Stadion: "Nidda-Sportfeld"

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik:

Orijinal mənbə

İdman24 əsas səhifə