“Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib

Everest zirvəsinə qalxmış qadın alpinist Vəfa Musayeva haqqında çəkilmiş “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib.
Apasport.az xəbər verir ki, “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Daha sonra sənədli film nümayiş olunub. Filmdə Vəfa Musayeva həyatından, alpinizm fəaliyyətindən, Everest zirvəsini fəth etməsindən bəhs edib.
Filmin nümayişindən sonra, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Alpinizm Federasiyası İdarə Heyətinin üzvü Çingiz Tağızadə, filmin ssenaristi və rejissoru Rüstəm Babazadə çıxış ediblər.
Sonda Vəfa Musayeva filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, eləcə də əməyi olan şəxslərə və çəkiliş qrupuna təşəkkürünü bildirib.