"DH Volley"in voleybolçusu Nataliya Qayevska: "LKS ilə matç mənim üçün xüsusi əhəmiyyət daşıyır"

İlham Əliyev COP31 Bakı 12° C USD - 1.700 EUR - 1.898 TRY - 0.034 GEL - 0.656 RUB - 0.020 UAH - 0.037 AZ RU EN İlham Əliyev COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "DH Volley"in voleybolçusu Nataliya Qayevska: "LKS ilə matç mənim üçün xüsusi əhəmiyyət daşıyır" Komanda 11 noyabr, 2026 11:43 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çelenc Kubokunun 1/16 final mərhələsində Polşanın LKS komandası ilə oyun Azərbaycan təmsilçisi "DH Volley"in üzvü Nataliya Qayevska üçün xüsusi əhəmiyyət daşıyır.
Voleybolçu bunu "Report" a açıqlamasında deyib.
32 yaşlı oyunçu Lodz şəhərində keçiriləcək qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bu matç mənim üçün xüsusidir, çünki hamının bildiyi kimi, Polşadanam. Bu, oyuna əlavə şəxsi hiss qatır. LKS bu mövsüm çox güclüdür. Düzünü desəm, bəzən arzulayıram ki, kaş onlarla ötən il qarşılaşaydıq, çünki o vaxt bu bir qədər asan sınaq olardı. Onlar yaxşı təşkilatlanmış kollektivdir və həqiqətən keyfiyyətli oyun nümayiş etdirirlər. Polşa çempionatını da yaxından izləyirəm, buna görə də rəqibin oyun üslubunu bilirəm. Lakin məşqlərdə göstərdiyimiz oyunu matçlara daşıya bilsək, yaxşı rəqabət apara biləcəyimizə inanıram. Çox gərgin və həyəcanlı matç olacağına ümid edirəm".
Polşalı voleybolçu əvvəlki mərhələdə Danimarkanın "Holte IF" klubuna qarşı keçirdikləri matçlara da toxunub:
"Qələbə qazanmağımıza və növbəti raunda adladığımıza görə çox şadam. Bu, həqiqətən asan oyun olmadı. İtirəcəkləri bir şeyin olmadığını görə bilərdiniz, buna görə də xüsusən ötürmələrdə çox risk etdilər və müəyyən məqamda bu risk öz bəhrəsini verdi. Bununla belə, diqqətimizi cəmləyə bildik, sonadək mübarizə aparıb oyunu müsbət nəticə ilə bitirdik. Düşünürəm ki, güclü komanda olduğumuzu da göstərdik. Rəqibdən nə gözləyəcəyimizi daha yaxşı başa düşürdük və oyuna daha effektiv nəzarət etməyi bacardıq".
N.Qayevska komandanın qarşısına qoyulan məqsəddən və hazırlıq prosesindən də söz açıb:
"Mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyirik. Böyük potensiala malik olduğumuza inanıram. Avropadakı ilk matçlarımız xüsusilə çətin keçdi, çünki Polşadan fərqli olaraq, Azərbaycan liqası hələ başlamamışdı. Bizim üçün bu, praktiki olaraq birlikdə ilk rəsmi oyunumuz idi, buna görə də ritm tapmaq və meydançada bir-birimizi daha yaxşı tanımaq üçün zamana ehtiyacımız var idi. Önümüzdəki ayı yaxşı dəyərləndirsək, məşqlərdə çalışmağa davam etsək və daxili liqanın ritminə düşsək, daha da güclü komandaya çevrilə bilərik. Bir şey dəqiqdir: asanlıqla təslim olmayacağıq. Həm Bakıda, həm də Polşadakı cavab matçında sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, "DH Volley" CEV Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunları dekabrda keçiriləcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.898 TRY - 0.034 GEL - 0.656 RUB - 0.020 UAH - 0.037 Bakı 12° C Son xəbərlər 16:14 Qırmızı Bazarda traktor minaya düşüb, xəsarət alan var - Əlavə olunub Hadisə 16:08 Yuri Qusev: Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur Xarici siyasət 16:02 Zorin: Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi 2-3 həftə ərzində baş tuta bilər Region 16:01 Foto Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib Biznes 15:57 Azərbaycanın U-19 millisi Monteneqroya uduzub Futbol 15:56 Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start verib Futbol 15:54 "Birbank Taksit" kartı ilə noyabr alış-verişlərinə əlavə 5 % bonus Maliyyə 15:50 Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısının genişləndirilməsini razılaşdırıblar Digər ölkələr 15:50 İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib Sosial müdafiə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.