Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.855 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib Fərdi 24 noyabr, 2026 10:51 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Cüdo Federasiyası (ACF) cüdonun təbliği və bu idman növünün dəyərlərinin geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanan "Cüdo bizə yad deyil!" adlı yeni imic filmini təqdim edib.
Bu barədə "Report" a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Film cüdonun fəlsəfəsi ilə milli mədəniyyətimiz və gündəlik həyatımız arasında mövcud olan mənəvi bağlılığı ön plana çıxarır. Hörmət, nəzakət, dostluq, cəsarət, təvazökarlıq və özünə nəzarət kimi cüdo dəyərləri tamaşaçıya tanış həyat səhnələri vasitəsilə təqdim olunur.
Musiqiçinin tamaşaçılara ehtiramı, uşaqların bir-birinə dəstəyi və çətin məqamlarda təmkinli davranış tatamidə formalaşan münasibətlərlə paralel şəkildə əks etdirilir. Milli musiqi elementlərinin müşayiət etdiyi bu səhnələr cüdonun aşıladığı prinsiplərin Azərbaycan cəmiyyətinə və milli dəyərlərimizə doğma olduğunu göstərir.
"Cüdo bizə yad deyil!" filmində bu idman növünün yalnız fiziki hazırlıq vasitəsi deyil, eyni zamanda şəxsi inkişaf, intizam, xarakter və həyat bacarıqlarının formalaşmasına töhfə verən bir məktəb olduğu vurğulanır.
Layihənin əsas məqsədlərindən biri uşaqlar, gənclər və qadınlar arasında cüdoya marağı artırmaq, eyni zamanda valideynlərin diqqətini bu idman növünün uşaqların fiziki və mənəvi inkişafına verdiyi töhfələrə yönəltməkdir.
Qeyd edək ki, imic filmi "Doğma dəyərlərlə özünü kəşf etmək üçün səni tatamiyə gözləyirik!" çağırışı ilə izləyiciləri cüdo ilə daha yaxından tanış olmağa dəvət edir. Cüdo ilə məşğul olmaq istəyənlər 8558 çağrı mərkəzi vasitəsilə Azərbaycan Cüdo Federasiyasına müraciət edə bilərlər.
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.855 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 11:47 Yersayın Naqaspayev "Qazaxıstan Dəmir Yolları" SC-nin rəhbəri təyin edilib - Yenilənib Region 11:46 Vüqar Bayramov: Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb Daxili siyasət 11:46 Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb Xarici siyasət 11:44 Azərbaycan İndoneziyaya qeyri-neft məhsullarının ixracının genişləndirilməsində maraqlıdır Biznes 11:39 NETTY 2026 nominantların seçiminə başlayır Media 11:38 Qara Qarayevin iştirakı ilə "Yaşıl Top" layihəsinin növbəti tədbiri təşkil olunub Futbol 11:38 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq edən şirkət direktorun məhkəməsi başlayır Hadisə 11:38 Gürcüstan və Azərbaycan Orta Dəhlizin perspektivlərini müzakirə edəcək Xarici siyasət 11:33 Video Hanoyda yaşayış evində baş verən partlayış nəticəsində 6 nəfər ölüb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.