İdman24
Digər · APA Sport

Millimiz Moldovaya uduzub

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində ilk yoldaşlıq oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş rəqibin 1:0 qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə