Formula 1 · F-1.az
Toto Volff: Kimi ən cəsarətli gözləntiləri belə üstələyir

Toto Volff yalnız Formula 1-də Mercedes fabrik komandasının rəhbəri deyil, o, həm də atadır və onun 8 yaşlı oğlu Cek artıq avtosportda ilk uğurlarını qazanır. Cek Volff kartinq üzrə WSK Avropa seriyasının Mini U10 kateqoriyasında çıxış edir və bu həftəsonu İtaliyanın Kremona şəhərində keçirilən final mərhələsində iştirak edir.