İlkin Ağayev: "U-17 Avropa çempionatında dördüncü yeri tutmağımız böyük uğurdur"

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 25° C USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İlkin Ağayev: "U-17 Avropa çempionatında dördüncü yeri tutmağımız böyük uğurdur" Fərdi 15 oktyabr, 2026 16:01 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın boks üzrə U-17 millisinin Avropa çempionatında oğlan və qızların ümumi komanda hesabında dördüncü yeri tutması böyük uğurdur.
Bu barədə "Report" a qadınlardan ibarət yığmanın baş məşqçisi İlkin Ağayev açıqlama verib.
O, Monteneqronun Budva şəhərində keçirilən turnirlə bağlı fikirlərini bölüşüb:
"U-17 Avropa çempionatı qız boksçularımız üçün uğurlu oldu. Bu turnirdə çox yaxşı çıxış etdilər və potensiallarını ortaya qoya bildilər. 1 qızıl, 1 gümüş və 1 bürünc mükafata sahib çıxdıq. Komandanın nəticəsindən razıyam. Bəzi boksçularımız ilk görüşlərdə çempionlarla üz-üzə gəldilər. Onlarla erkən mərhələdə görüşməsəydilər, medal sayımız daha da artardı. Millimiz oğlan və qızların ümumi komanda hesabında dördüncü yerdə qərarlaşdı. Bu, 40 ölkənin qatıldığı yarışda böyük uğurdur. Oğlanlar da yaxşı çıxış edərək üçüncü yeri tutdular".
İ.Ağayev ölkədə qadın boksunu inkişaf etdirmək istədiklərini söyləyib:
"Azərbaycanda qadın boksunu inkişaf etdirmək, idmançıların sayını artırmaq istəyirik. Bu nəticələri böyüklərin turnirində də əldə etmək niyyətindəyik. Federasiya da bu yöndə çalışır, ölkə daxilində və xaricində təlim-məşq toplanışlarına qatılırıq, beynəlxalq turnirlərdə iştirak edirik".
Xatırladaq ki, oğlan boksçular 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla turnirdə üçüncü yeri tutublar. Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.
Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələnib. Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:19 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Xarici siyasət 18:10 Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub Xarici siyasət 17:58 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Region 17:57 Parisdə tələbə etirazları başlayandan bəri 1 200-dən çox adam həbs edilib Digər ölkələr 17:47 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib ASK 17:40 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb Daxili siyasət 17:40 "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi" yenilənib Maliyyə 17:37 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Energetika 17:35 "Xalq Bank"ın xalis mənfəəti 2 dəfə azalıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.