Digər · APA Sport
Pokatilov ehtiyatda qaldı – Qazaxıstan yenə qələbə qazana bilmədi

“Sabah”ın qapıçısı Stas Pokatilovun formasını geyindiyi Qazaxıstan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Qazaxıstan yığması doğma meydanda Farer adalarını qəbul edib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Stas Pokatilov bu görüşdə meydana çıxmayıb. Təcrübəli qolkiper qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, Qazaxıstan millisi 4 turdan sonra 2 xalla qrupda sonuncu pillədə qərarlaşıb.