İdman24
Futbol · APA Sport

"Kəpəz" autsayder "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

Milli komandalara görə verilən fasilədən sonra Misli Premyer Liqasında mübarizə bərpa olunur.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan çempionatında VII tura start veriləcək.

Turun ilk oyununda “Araz-Naxçıvan” Şamaxıda “Kəpəz”i qəbul edəcək.

Naxçıvan təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə baş məşqçi dəyişikliyinə əl atıb. Cavid Hüseynovla yollarını ayıran klub ukraynalı mütəxəssis Yuri Maksimovu baş məşqçi təyin edib.

Hazırda “Araz-Naxçıvan” 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Kəpəz” isə 7 xalla 7-ci yerdədir.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

16:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Köməkçi hakimlər: Elşad Abdullayev, Tərlan Talıbzadə

Orijinal mənbə

İdman24 əsas səhifə