İdman24
Futbol · Report İdman

Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək" Futbol 02 noyabr, 2026 13:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalı beynəlxalq təcrübəsi olmayan yeniyetmələrin və Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək.

Bunu "Report" a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis nəticədən daha çox potensialın vacib olduğunu bildirib:

"Nəticə həmişə önəmlidir. Hər matçda uşaqların meydana qələbə əzmi ilə çıxmasına baxmayaraq, reallıq sözünü dedi. Lakin ən vacibi odur ki, potensiallı uşaqların olduğunu gördük. Bundan sonrakı işlər düzgün görülməlidir. Aşağı yaş qruplarından başlayaraq, bütün futbolçuları nəzarətdə saxlamaq və onlara özlərini göstərmək üçün AFFA rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb".

O, turnirin təşkilatçılığını və yaradılan infrastrukturu yüksək qiymətləndirib:

"Arsen Venger də bildirmişdi ki, ilk dəfə Azərbaycanda keçirilən bu çempionat hər kəsin xoşuna gəlib. Yarışdan qalan infrastrukturdan səmərəli istifadə etməklə gələcəyə ümidlə baxa bilərik. Bu infrastruktur qısa müddətdə inşa edilərək, Azərbaycan futboluna verilib. Ölkə bütün sahələrdə inkişaf etdiyi bir vaxtda futbol da geridə qalmamalıdır. İnanırıq ki, gələcək nəsil bunu dərk edib hər kəsi sevindirməyə çalışacaq".

Komitə sədri yarışın gənc oyunçular üçün böyük təcrübə olduğunu vurğulayıb:

"Əvvəllər 15 yaşadək futbolçulardan ibarət yığma yox idi. Bu, 8-in 8-ə formatında keçirilən innovativ yarış idi. Beynəlxalq təcrübəsi olmayan oyunçular fərqli futbol məktəblərinin nümayəndələri ilə mübarizə apararaq böyük təcrübə topladılar. Nəticə bəlkə də tam qane etmir, lakin oyunçuların potensialı var. Nəticə birdən-birə olmur. Bu çempionat Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək".

Qeyd edək ki, Azərbaycan milisi U-15 dünya çempionatı və festivalını 84-cü pillədə başa vurub. 189 ölkənin qatıldığı yarışın qalibi İspaniya millisi olub.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Вагиф Садыгов: ЧМ U-15 даст большой толчок развитию азербайджанского футбола --> --> --> --> --> USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 15:09 Van Yi Yaxın Şərqdəki münaqişə tərəflərini dialoqa çağırıb Digər ölkələr 15:08 Aynur Sofiyeva: Azərbaycanda elmi işçilərin 60 %-dən çoxunu qadınlar təşkil edir Elm və təhsil 15:07 "Liverpul" sol cinah müdafiəçisinin transferini nəzərdən keçirir Futbol 15:02 Kobaxidze: Gürcüstan suveren xarici siyasətini gücləndirməli və milli maraqlarını qorumalıdır Region 15:00 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Hadisə 15:00 Belçika kralı baş nazirin istefa müraciətindən sonra məsləhətləşmələr keçirəcək Digər ölkələr 15:00 Avropa Komissiyasında Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması müzakirə olunacaq İnfrastruktur 14:51 Azərbaycan OECD-nin İşçi Qrupunun Büro üzvü seçilib Biznes 14:50 SOCAR III rübdə hasil etdiyi qazın həcmini açıqlayıb Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə