Futbol · APA Sport
Suares: “Yamalı Messi ilə müqayisə etmək düzgün deyil”

“Barselona”nın sabiq hücumçusu Luis Suares Lamin Yamalın Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, uruqvaylı futbolçu Kataloniya mətbuatına açıqlamasında gənc oyunçunun hələ cəmi 19 yaşında olduğunu vurğulayıb:
“Onun cəmi 19 yaşı var, Messi isə artıq bütün titulları qazanıb. Bu qədər gənc yaşda Yamalı onunla müqayisə etməyin düzgün olduğunu düşünmürəm. Messinin səviyyəsinə çatmaq demək olar ki, mümkünsüzdür”.