Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 27° C USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb Fərdi 15 sentyabr, 2026 12:13 Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatına yekun vurulub.
"Report" un məlumatına görə, qaliblər 3 yarış gününün nəticələrinə əsasən müəyyənləşib.
İştirakçılar mövsümün şose velosipedi üzrə sonuncu daxili yarışının 1-ci və 3-cü günlərində qrup ötüşməsi, 2-ci günündə isə fərdi ötüşmə növü üzrə mübarizə aparıblar.
Ümumi təsnifatda Elit/U-23 yaş kateqoriyasında Şahin Eyvazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nofəl Nuriyev 2-ci, Əli Qurbanov 3-cü yeri tutub (hər üçü "AE Cycling School").
Gənclər kateqoriyasında Nihad Xudoyev (ROEQIUGVM) Azərbaycan çempionu olub. Murad Nadirov ("Təhsil") və Həsən Zeynalov (ROEQIUGVM) müvafiq olaraq 2-3-cü nəticə göstəriblər.
U-17 yaş kateqoriyasında Ümid İsmayılov qızıl, İlkin Sadıqzadə gümüş medal qazanıb (hər ikisi "Təhsil"). Əli Zeynalzadə (ROEQIUGVM) bürünclə kifayətlənib.
U-15 yaş kateqoriyasında Emil Abbasov ("AE Cycling School") 3 yarış gününün yekununda ən yaxşı nəticə göstərib. İsmayıl Xankişiyev və Mirəli Miryəhyayev (hər ikisi ROEQIUGVM) isə ilk "üçlüy"ü tamamlayıblar.
Fərqlənən velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 13:41 Seymur Məmmədov: "Çempionlar Liqasının qrupundakı rəqiblərimizin əksəriyyətini tanıyırıq" Futbol 13:37 Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub Xarici siyasət 13:34 Foto MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub Sosial müdafiə 13:30 Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb Digər ölkələr 13:30 Fərid Ələkbərov: "Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik" Futbol 13:29 Foto Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB Daxili siyasət 13:27 Foto Nehrəmdə yeni məktəb istifadəyə verilib Elm və təhsil 13:26 Azərbaycanın nəqliyyat xidmətləri balansında I yarımildə 2,6 milyard dollarlıq profisit yaranıb Maliyyə 13:26 Foto ATU-da Bilik Günü: Ağ xalatla başlayan böyük yol, yeni başlanğıclar, böyük hədəflər Sosial müdafiə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.