Futbol · APA Sport
KL: “Zirə” Gürcüstan səfərində - YENİLƏNİR

"Zirə" bu gün Konfrans Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstanda "Torpedo" ilə üz-üzə gələcək.
"Şengeliya Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bu komandalar arasında ilk oyunda "Zirə" 3 cavabsız qolla qələbə qazanıb.
Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
20:00. "Torpedo" (Gürcüstan) - "Zirə" (Azərbaycan) Baş hakim: Mihali Kapray İlk oyun - 0:3