Digər · APA Sport
Verman rəsmən "Borussiya"da

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Almaniya klubu PSV-dən Yoi Vermanı transfer edib.
27 yaşlı niderlandlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Daha əvvəl transferin 21,5 milyon avroya başa gələcəyi bildirilmişdi. Son məlumatlara görə, Dortmund təmsilçisi futbolçu üçün təxminən 22 milyon avro ödəyib.
Qeyd edək ki, Verman ötən mövsüm Niderland çempionatında 30 matçda 8 qol vurub və 14 məhsuldar ötürmə edib.