“Mançester Yunayted” Simeoneni transfer etmək istəyir

İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Atletiko” komandasının futbolçusu Culiano Simeone ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Mançester təmsilçisi 23 yaşlı argentinalı vingerin çıxışını yaxından izləməyi planlaşdırır.
İngiltərənin aparıcı klubları Simeonenin fiziki gücü, hücum xəttində universallığı, aqressiv oyun üslubu və yüksək pressinq bacarığı sayəsində Premyer Liqaya ideal uyğunlaşacağını düşünürlər.
Lakin Madrid təmsilçisi gənc futbolçunu komandanın əsas üzvlərindən biri hesab edir və onun satışını müzakirə etmək niyyətində deyil. Bu səbəbdən argentinalının transferi olduqca çətin görünür.
Digər tərəfdən, “Mançester Yunayted”in sağ cinah hücumçusuna ciddi ehtiyacı yoxdur. Komandanın heyətində Brayan Mbeumo və Amad Diallo kimi futbolçular çıxış edirlər.
Qeyd edək ki, İngiltərə klubunun yanvar transfer pəncərəsində əsas hədəfləri sol cinah müdafiəçisi və mərkəz hücumçusu transfer etməkdir.