İdman24
Futbol · Report İdman

Bernard Lippert: "Sabah"da özünəinam artıb, "Borussiya" isə ideal formasından uzaqdır"

İlham Əliyev Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bernard Lippert: "Sabah"da özünəinam artıb, "Borussiya" isə ideal formasından uzaqdır" Futbol 20 oktyabr, 2026 12:28 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Sabah" komandasında özünəinam artıb, "Borussiya" isə son 2-3 oyunda ideal formasından uzaqdır.

Bu barədə "Report" a AFFA-nın sabiq texniki direktoru Bernard Lippert açıqlama verib.

Almaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin Dortmund komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu haqqında fikirlərini bölüşüb:

"Hər il autsayderlərin şans qazandığının şahidi oluruq. "Sabah"ın son matçdan sonra özünəinamı artıb, "Borussiya" isə son iki-üç həftədə ideal formasından uzaqdır. Kağız üzərində Almaniya təmsilçisi favorit sayılsa da, "Sabah"ın nəsə etmək üçün yaxşı imkanı var".

O, ilin əvvəlində "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində digər Almaniya təmsilçisi "Ayntraxt"ı (Frankfurt) məğlub etdiyini (3:2) xatırladıb:

"Həmin oyuna görə Bakıya gəlmişdim. "Sabah"da ehtiras və qalib gəlmək istəyi olarsa, hər şey mümkündür. Çünki Çempionlar Liqası onlar üçün ilk dəfədir və yeni bir macəradır. Dortmund klubu ilə sıx əlaqəm yoxdur. Almaniyaya da çox səfər edə bilmirəm. "Sabah"a matçda uğurlar arzulayıram. Hazırda FIFA-da çalışıram və 15 yaşadək futbolçular arasında keçiriləcək turnirlə bağlı çərşənbə günü Bakıda olacağam".

Xatırladaq ki, "Sabah" - "Borussiya" oyunu bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Липперт: "Сабах" обрел уверенность, а "Боруссия" далека от идеальной формы --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 14:22 Maksim Medvedev: "Sabah" güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib" Futbol 14:14 Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb Hadisə 14:06 "Ryanair"in rəhbəri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır Maliyyə 14:06 Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib Daxili siyasət 14:04 Ceyranbatanda ana və övladını maşın vurub Hadisə 14:02 Azərbaycan Gürcüstanla radiotezliklərin koordinasiyasına dair protokol imzalayıb İKT 13:59 Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik Digər ölkələr 13:57 "Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb Komanda 13:55 "Şərqi Azəri" yatağından indiyədək 645 milyon bareldən çox neft hasil edilib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə