Digər · APA Sport
“Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı

“Fənərbaxça”da baş məşqçi İsmail Kartalla yollar ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Türkiyəli mütəxəssislə müqaviləyə xitam verilib.
Mənbənin iddiasına görə, “sarı-lacivərdlilər”i Türkiyə Super Liqasının X turunda “Göztəpə” ilə keçiriləcək matça Dirk Kuyt çıxaracaq.
Qeyd edək ki, İsmail Kartal mövsümün əvvəlində “Fənərbaxça”ya rəhbərlik edirdi.