Formula 1 · F-1.az
Həmilton: Zaman göstərəcək, mən 2030-cu illədək Formula 1-də qalacağam, ya yox

Lyuis Həmilton təsdiqləyib ki, daha bir neçə il yarışmağı planlaşdırır. Onun üçün ən azı bir hədəf var - bu, Ruandada tikilməkdə olan trasda keçirilməsi nəzərdə tutulan Afrika Qran Pri-dir və bu yarışın Formula 1 təqvimində 2030-cu illərin əvvəlində yer alması gözlənilir.