DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəldi - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında İspaniya və Avstriya milliləri üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Oyunda hesabı 36-cı dəqiqədə Oyarzabal açıb. 66-cı dəqiqədə Pedro Porro İspaniyanın üstünlüyünü 2 topa çatdırıb. Matçın 89-cu dəqiqəsində səhnəyə yenidən Oyarzabal çıxıb. O, Kukurelyanın ötürməsindən sonra özünün 2-ci komandasının 3-cü qolunu vurub.
Görüş ispanların 3:0-lıq qələbəsiylə başa çatıb. Bu nəticədən sonra Avstriya mundialla vidalaşıb, İspaniya isə adını növbəti mərhələyə yazdırıb.
İspaniya 1/8 finalda Portuqaliya - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.
DÇ-2026 1/16 final 2 iyul 23:00. İspaniya – Avstriya 3:0
Qol: Oyarzabal, 36, 89, Porro, 66
İspaniya : Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Pedri, Lamin Yamal, Olmo, Baena, Oyarzabal
Avstriya : Şlager, Laymer, Alaba, Danso, Poş, Şlager, Zayvald, Sabitser, Vanner, Şmid, Qreqoriç