İdman24
Döyüş İdmanı · Report İdman

Rəşad İsmayılov: Qlobal kritik xammal təchizatının şaxələndirilməsinə töhfə verməyi hədəfləyirik

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 22° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rəşad İsmayılov: Qlobal kritik xammal təchizatının şaxələndirilməsinə töhfə verməyi hədəfləyirik Ekologiya 25 sentyabr, 2026 17:56 Azərbaycan qlobal kritik xammal təchizatının şaxələndirilməsinə töhfə verməyi hədəfləyir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, kritik mineralların etibarlı təchizatı bu gün iqtisadi təhlükəsizliyin mühüm şərtinə çevrilib:

"Enerji keçidi, elektromobillik, süni intellekt və rəqəmsal infrastruktur yeni materiallara tələbatı artırır. Qlobal gündəmdə geosiyasi gərginliklər, ixrac məhdudiyyətləri və təchizatın azsaylı mənbələrdə cəmləşməsi xüsusi narahatlıq doğurur. Beynəlxalq Enerji Agentliyinin (IEA) 2026-cı il üzrə qiymətləndirməsi göstərir ki, emal imkanlarının azsaylı ölkələrdə cəmləşməsi və qiymət dəyişkənliyi təchizat təhlükəsizliyini zəiflədir. Bu şəraitdə yeni yataqlarla yanaşı, emal güclərinə, texnologiyaya və alternativ nəqliyyat marşrutlarına investisiyalar da mühüm əhəmiyyət daşıyır".

Nazir deyib ki, Azərbaycanın yanaşması uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslanır:

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və strateji inkişaf sənədlərində ölkədə bu sahədə dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modellərinin yaradılması, təbii ehtiyatların dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb edilməsi də hədəflənib. Azərbaycan bu hədəflərin icrası üçün zəngin xammal bazasına malikdir. Bu günə kimi həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb. Xüsusilə Azərbaycanın Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrində müəyyən edilmiş metal filizi yataqları kritik mineral xammal potensialının qiymətləndirilməsi üçün mühüm əsas yaradır. Filizçay, Xarxar, Göydağ və Dəmirli kimi yataqların müxtəlif öyrənilmə və işlənmə mərhələlərində olması hər bir layihəyə ayrıca elmi və iqtisadi yanaşma tələb edir".

Rəşad İsmayılov əlavə edib ki, həm bu geniş potensiala dair məlumatların əlçatanlığını artırmaq, həm də investisiya mühitini təkmilləşdirmək məqsədilə hazırda Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının rəqəmsallaşdırılması istiqamətində fəal işlər aparılır:

"Əsas prioritetimiz məhz bu cür müasir yanaşmalar və ardıcıl geoloji-kəşfiyyat işləri vasitəsilə mövcud potensialı dəqiqləşdirmək, iqtisadi cəhətdən səmərəli ehtiyatları ciddi ekoloji tələblərə uyğun şəkildə istifadəyə cəlb edərək, Azərbaycanın zəngin mineral ehtiyatları və əlverişli coğrafi mövqeyi hesabına qlobal kritik xammal təchizatının şaxələndirilməsinə mühüm töhfə verməkdir"

Nazir Azərbaycanın mineral xammal bazasında misin mühüm yer tutduğunu qeyd edərək vurğulayıb ki, elektrik şəbəkələri və enerji avadanlıqları üçün əhəmiyyətli olan bu metal üzrə həm hasilat təcrübəmiz, həm də yeni imkanlar var:

"Mis hasilatı ilə yanaşı, ölkəmizin mineral xammal bazasında kobalt və vanadium resursları, sürmə, manqan və digər potensial kritik xammal təzahürləri mövcuddur. Bu imkanların sənaye əhəmiyyətinin müəyyənləşdirilməsi üçün geoloji məlumatların dəqiqləşdirilməsi, ehtiyatların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və emal sınaqlarının aparılması vacibdir. Bu səbəbdən geoloji məlumatların rəqəmsallaşdırılması, ehtiyatların beynəlxalq hesabatlılıq standartlarına uyğun qiymətləndirilməsi və laboratoriya imkanlarının gücləndirilməsi prioritetlərimiz sırasındadır. Əsas məqsədimiz geoloji potensialı etibarlı məlumatlarla təsdiqlənmiş investisiya fürsətlərinə çevirmək, yerli emal imkanlarını qiymətləndirmək və Azərbaycanın kritik mineral xammal üzrə dəyər zəncirlərində rolunu gücləndirməkdir".

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Kamran Qasımov Sosial şəbəkələrdə paylaşın Скопировано Азербайджан намерен внести вклад в диверсификацию поставок критических минералов Azerbaijan seeks to contribute to diversification of critical mineral supplies USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:40 "Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib Digər ölkələr 18:35 TDT Katibliyində dövlət bayraqları Qazaxıstanla həmrəylik əlaməti olaraq endirilib Xarici siyasət 18:33 Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib Biznes 18:31 FAO: Rəqəmsal innovasiyalar bütün təsərrüfatlar və müəssisələr üçün əlçatan olmalıdır ASK 18:31 Foto AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Biznes 18:26 Foto Baş Prokurorluqda şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib Daxili siyasət 18:23 Foto AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub İnfrastruktur 18:20 Foto Video "Birliyin Gücü - 2026" təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib Hərbi 18:19 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə