"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Çelsi" öz meydanında "Tottenhem"ə uduzub Futbol 24 oktyabr, 2026 22:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Tottenhem" İngiltərə Premyer Liqasının (İPL) səkkizinci turu çərçivəsində London derbisində "Çelsi"ni məğlub edib.
"Report" xəbər verir ki, "Stemford Bric"dəki görüş 2:0 hesabı ilə başa çatıb.
77-ci dəqiqədə "Çelsi"nin qapıçısı Mayk Penders öz qapısına qol vurub. Künc zərbəsindən sonra belçikalının topu yumruğu ilə uzaqlaşdırmağı uğursuz olub. 80-ci dəqiqədə "Çelsi"nin ingiltərəli yarımmüdafiəçisi Koul Palmer ikinci sarı vərəqəni aldıqdan sonra meydandan kənarlaşdırılıb. Yekun hesabı "Tottenhem"in fransalı hücumçusu Matis Tel müəyyənləşdirib.
"Tottenhem" İngiltərə çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Ötən turda komanda öz meydanında "Koventri"ni məğlub edib (3:1). Turnirin cari mövsümündə "Tottenhem"in aktivində başqa qələbə yoxdur. Klub 9 xalla turnir cədvəlində 12-ci yeri tutur.
"Çelsi" İngiltərə çempionatında üçüncü məğlubiyyətini alıb. Komanda 13 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Mövsümlərarası fasilədə "Çelsi"yə ispaniyalı Xabi Alonso rəhbərlik etməyə başlayıb.
Növbəti turda "Çelsi" oktyabrın 31-də "Mançester Yunayted"i qəbul edəcək. "Tottenhem" isə həmin gün evdə "Kristal Pelas"a qarşı oynayacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано "Тоттенхэм" обыграл "Челси" в центральном матче 8-го тура АПЛ --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 00:14 Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib Hadisə 00:04 Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:41 "Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır Digər ölkələr 23:26 Foto Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb Xarici siyasət 23:20 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Digər ölkələr 22:55 "Çelsi" öz meydanında "Tottenhem"ə uduzub Futbol 22:43 Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb Digər ölkələr 22:35 Foto Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - Yenilənib-2 Futbol 22:33 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.