İdman24
Digər · Report İdman

ASA-da idman elmlərinə həsr olunmuş IV Beynəlxalq Elmi-Praktik Konfrans başlayıb

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 8° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead ASA-da idman elmlərinə həsr olunmuş IV Beynəlxalq Elmi-Praktik Konfrans başlayıb İdman 25 noyabr, 2026 12:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə "ASA-da idman elmlərinin inkişafı" mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb.

Bu barədə "Report" a AGF-dən məlumat verilib.

Tədbirin plenar iclasında federasiyanın baş katibi Pərvin Piriyev "Elmi yanaşmaların idman nəticələrinə müsbət təsiri" mövzusunda məruzə ilə çıxış edib. O, idmançıların hazırlıq prosesində elmi yanaşmaların əhəmiyyətinə, məşq sisteminin müasir tələblərə uyğun qurulmasına və elmi biliklərin praktiki fəaliyyətə inteqrasiyasının idman nəticələrinin yüksəldilməsində roluna diqqət çəkib. Həmçinin məşqçi heyətinin yeni elmi yanaşmaların tətbiqi zamanı qarşılaşdığı çətinliklərə, nəzəri biliklərin məşq prosesində praktik tətbiqi ilə bağlı yaranan problemlərə və onların aradan qaldırılması yollarına toxunub.

Konfransda beynəlxalq təcrübənin öyrənilməsi və bölüşülməsi baxımından AGF tərəfindən dəvət edilmiş Nippon İdman Elmləri Universitetinin professoru Masamitsu İtonun çıxışı da maraqla qarşılanıb. Yaponiyalı mütəxəssis "Məşqçinin öyrənən şəxs kimi inkişafı" mövzusunda təqdimatla çıxış edib. Məruzədə məşqçilərin davamlı peşəkar inkişafı, müasir təlim yanaşmaları və Yaponiya təcrübəsinin bu sahədə tətbiqi məsələləri diqqətə çatdırılıb.

Konfrans çərçivəsində idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi, idmanda kütləviliyin və sağlam həyat tərzinin təşviqi, idman təhsilinin inkişafı, məşq prosesinin elmi əsaslarla təşkili, zədələrin profilaktikası və reabilitasiya, eləcə də innovativ texnologiyaların idmanda tətbiqi kimi aktual mövzular ətrafında müzakirələr aparılır.

İki gün davam edəcək konfransın əsas məqsədi idman elmləri sahəsində müasir elmi yanaşmaların, innovativ metodların və beynəlxalq təcrübənin müzakirəsi, eləcə də elmi biliklərin idman praktikasında tətbiqi imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, belə beynəlxalq elmi platformalar idman mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, elmi potensialın gücləndirilməsi və idman sahəsində müasir yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 8° C Son xəbərlər 18:50 Xalq artisti Elmira Şabanova vəfat edib Digər 18:38 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Mədəniyyət siyasəti 18:33 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Region 18:15 Özbəkistanda növbəti dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq Mədəniyyət 18:12 Foto "PAŞA Bank" və "Deloitte Private" "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Maliyyə 18:04 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb Maliyyə 18:02 Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib İdman 18:02 Foto "Bravo" böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Biznes 18:01 Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə