İdman24
Futbol · Report İdman

"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fondunun bərpasına yönəldiləcək

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək Futbol 28 sentyabr, 2026 16:33 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Qarabağ Dirçəliş Fondu ilə "Turan Tovuz" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir ki, Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.

Sənədə əsasən, oktyabrın 3-də Bakıda Tovuz təmsilçisi ilə Türkiyənin "Fənərbağça" klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Rəhman Hacıyev Qarabağın dirçəlişi naminə atılan bu nəcib addımı yüksək qiymətləndirib və təşəbbüsə görə "Turan Tovuz" rəhbərliyinə təşəkkürünü bildirib.

R.Hacıyev qeyd edib ki, idman yalnız rəqabət və mübarizə meydanı deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini ümumi məqsədlər ətrafında birləşdirən mühüm platformadır. Onun sözlərinə görə, "Turan Tovuz" və "Fənərbağça" kimi iki köklü klubun qarşılaşmasından əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi idmanın birləşdirici və xeyirxah gücünü bir daha nümayiş etdirir.

Ehtiram Quliyev isə bildirib ki, belə bir oyunun keçirilməsi azarkeşlər üçün maraqlı futbol hadisəsi olmaqla yanaşı, xeyirxah məqsədə xidmət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qarşılaşmadan əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi həm klublara, həm də azarkeşlərə Qarabağın dirçəlişinə dəstək vermək imkanı yaradır.

Qeyd edək ki, "Turan Tovuz" və "Fənərbağça" klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər. Həmin il ilk dəfə avqustun 9-da İstanbulda "Şükrü Saracoğlu" stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda üz-üzə gəliblər.

Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" – "Fənərbağça" oyunu saat 20:00-da başlayacaq.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Доход от матча "Туран Товуз" - "Фенербахче" направят Фонду возрождения Карабаха USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:29 Gədəbəy rayonuna icra başçısı təyin olunub Daxili siyasət 18:28 Naftalan şəhərinə icra başçısı təyin edilib Daxili siyasət 18:28 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Daxili siyasət 18:24 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Hadisə 18:23 Foto Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib Sosial müdafiə 18:15 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Diaspor 18:11 Yuri Qusev ukraynalı uşaqlara dəstəyə görə Azərbaycana təşəkkür edib Xarici siyasət 18:10 Foto Azərbaycan çay mədəniyyəti Brüsseldə keçirilən beynəlxalq festivalda təqdim olunub Xarici siyasət 18:09 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə