İdman24
Döyüş İdmanı · Report İdman

Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub

İlham Əliyev 27 Sentyabr - Anım Günü Bakı 23° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev 27 Sentyabr - Anım Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub Fərdi 27 sentyabr, 2026 23:17 Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.

"Report" xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparan Azərbaycan milli komandasının üç üzvü Dünya Seriyasının final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medala sahib çıxıblar. Komanda sıralamasında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.

Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, dünya çempionları da müəyyənləşib. Beləliklə, Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb. Rübail İbrahimli 70, Sahib Dadaşov 80, Camal Feyziyev isə +90 kq-da dünya üçüncüsü ünvanını əldə ediblər. 2 qızıl və 3 bürünc medal qazanan millimiz komanda hesabında tarixində ilk dəfə dünya çempionu olub.

Dünya Güləş Birliyi (UWW) komandamızın mövsüm boyunca uğurlu çıxışına biganə qalmayıb. Belə ki, ali qurum Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Bununla bağlı UWW-nin Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva xüsusi mükafatı mütəxəssisə təqdim edib.

Qeyd edək ki, yarışda I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyub.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 00:38 Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək Digər ölkələr 00:10 Foto Xaçmazda minik avtomobilləri toqquşub, 9 nəfər ağır xəsarət alıb Hadisə 23:56 Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib Digər ölkələr 23:32 Foto Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, bir neçə nəfər yaralanıb Digər ölkələr 23:25 Video Müdafiə Nazirliyi həftəlik icmalını yayıb Hərbi 23:17 Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub Fərdi 23:08 Foto Video İmişli Şəkər Zavodunda yanğın olub Hadisə 22:57 Serbiya Prezidenti 49 nəfəri əfv ediyini bildirib Digər ölkələr 22:46 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5-ci və 16-cı yeri tutublar Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə