İdman24
Digər · APA Sport

Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunda təsnifat mərhələsi baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Vlastilina Xasyanova, Yeqor Maynitski ümumilikdə 9 növdə bacarıqlarını nümayiş etdiriblər.

Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq növdə (1.05,39) Azərbaycan rekorduna imza atıb.

Abdurrəhman Rüstəmov isə 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda (53.02) finala vəsiqə qazanıb. Həmçinin final sessiyasında 200 metr məsafəyə brass üsulu ilə yarışda Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə yarışda Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla yarışda Oqtay Hüseynov iştirak edəcək.

400 metr məsafəyə sərbəst üsul ilə yarışda Anastasiya Qnusina, 50 metr məsafəyə arxasıüstə üsulu ilə yarışda Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsul ilə yarışda Fərhad Şirməmmədli və Amin Oruclu şəxsi rekordlarını yeniləyiblər. Yeqor Maynitski isə həm 100 metr məsafəyə qarışıq, həm də brass üsulu ilə yarışda şəxsi nəticəsini yaxşılaşdırıb.

Yarışın axşam seansından, finallardan öncə saat 18:30-da açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.

Orijinal mənbə

İdman24 əsas səhifə