İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VI turunun matçları müzakirə olunub.
19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Turan Tovuz”– “Zirə” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1); 19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” komandasının 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “İmişli” komandası 10000 manat cərimə edilsin (maddə 52.4); 20.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1); 20.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1); 20.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1); 16.09.2026-cı il tarixində I Liqada III turun “Karvan-Yevlax”– “Zaqatala” oyununun 6-cı dəqiqəsində “Zaqatala” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 1000 manat cərimə edilsin (maddə 45.2) 17.09.2026-cı il tarixində I Liqada III turun “Mingəçevir”– “Gəncəbasar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1); 17.09.2026-cı il tarixində I Liqada III turun “Baku Sportinq”– “Səbail” oyununun 21-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilsin (maddə 86.3); 17.09.2026-cı il tarixində I Liqada III turun “Xankəndi”– MOİK oyununda “Xankəndi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1); 20.09.2026-cı il tarixində II Liqada IV turun “Şirvan”– “Şəki” oyununda “Şəki” komandasının həkimi olmadığına görə “Şəki” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Ağdaş”– “Zəngəzur” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Ağdaş”– “Zəngəzur” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Ağdaş” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Hypers”– “Dinamo” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 43.1); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Hypers”– “Dinamo” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Hypers” komandası 250 manat cərimə edilsin (maddə 86.3); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Kür-Araz”– “Difai” oyununda “Kür-Araz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Kür-Araz”– “Difai” oyununun 51-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Cavid Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 44.1); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Kür-Araz”– “Difai” oyununun 51-ci dəqiqəsində “Kür-Araz” komandasının 20 nömrəli futbolçusu Sənan Həsənov hakimə təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 600 manat cərimə edilsin (maddə 53.3); 21.09.2026-cı il tarixində II Liqada IV turun “Kür-Araz”– “Difai” oyununda “Kür-Araz” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68); 20.09.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən "Qarabağ" - "Turan Tovuz" oyununda "Qarabağ" komandasının 4 nömrəli futbolçusu Vaqif Nəbiyev qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).