Futbol · APA Sport
Kolo-Muani “Yuventus”a keçir: 40 milyon avroluq razılaşma

PSJ-nin hücumçusu Randal Kolo-Muani karyerasını “Yuventus”da davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, Turin klubu fransalı futbolçunun transferi ilə bağlı PSJ ilə razılığa gəlmək üzrədir.
Bu barədə “Foot Mercato” məlumat yayıb.
“Yuventus” 27 yaşlı forvardı satınalma bəndi ilə icarəyə götürəcək. Razılaşmaya əsasən, İtaliya klubu Kolo-Muaninin transferi üçün 40 milyon avro ödəyəcək.
“Qoca sinyora” keçidi yaxın günlərdə tamamlamağa yaxındır.
Qeyd edək ki, Kolo-Muani ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib. O, Premyer Liqada 30 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.