İdman24
Digər · APA Sport

I Liqa klubunda ayrılıq - RƏSMİ

“Karvan Yevlax” Ruslan Voronsovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ruslan Voronsov mövsümün əvvəlindən "Karvan-Yevlax"da çıxış edirdi. Təcrübəli forvard komandanın heyətində 1 rəsmi matçda meydana çıxıb.

Orijinal mənbə

İdman24 əsas səhifə