İdman24
Digər · APA Sport

Millimiz Lənkəranda Çexiyanı qəbul edir - YENİLƏNİR

Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, 12-ci qrupda yer alan yığmamız Çexiya ilə qarşılaşacaq.

Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Matç Azərbaycan futzalı üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, milli komandamız ilk dəfə Bakıdan kənarda – bölgədə rəsmi beynəlxalq oyun keçirəcək.

Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Çiara Perona olacaq. Ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Vaxt hakimi İmran Məhərrəmov, hakim-inspektor niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Miadzvedzeu olacaq.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də Latviyaya qarşı keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə