İdman24
Döyüş İdmanı · APA Sport

Yeniyetmə taekvondoçuların hazırlığı davam edir

Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası Yardımlıda təlim-məşq toplanışına başlayıb.

Apasport.az xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Cəlil Abdullayevin rəhbərliyi ilə keçirilir.

Toplanış zamanı idmançıların taktiki-texniki bacarıqlarının təkmilləşdirilməsinə, döyüş taktikasının və yarış hazırlığının artırılmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, noyabrın 8-də start götürən hazırlıq prosesi ayın 21-də başa çatacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə