Avropa çempionatı: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Avropa çempionatı: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb Fərdi 23 oktyabr, 2026 19:50 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, ikisi bürünc medal qazanıb.
Bu barədə "Report" a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışın yarımfinal mərhələsində millinin 3 boksçusu qələbə qazanaraq finala vəsiqə əldə edib.
Sənan Nəsibli (52 kq) Lazar Yovanoviçlə (Serbiya) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Qazax boks məktəbinin yetirməsi yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda Brodi Dau (Şotlandiya) ilə üz-üzə gələcək.
Yusif Əli (57 kq) Kirilo Çumakovla (Ukrayna) gücünü yoxlayıb. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, həlledici görüşdə Yeqor Jiruxinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
Sərxan Haxverdiyev (70 kq) də adını finala yazdırıb. Milli üzvü bu dəfə Dieqo Mastrorillloya (İtaliya) gücünü göstərib – 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27). Gəncə boks məktəbinin yetirməsi çempionluq döyüşündə Şeyn Fyuri (İngiltərə) ilə qüvvəsini sınayacaq.
Digər boksçulardan Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) U-15 Avropa çempionatını bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci günündə daha 5 təmsilçimiz rinqə çıxacaq. Yarışın qalibləri isə oktyabrın 25-də bilinəcək.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Kənan Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Три азербайджанских боксера вышли в финал ЧЕ U-15 в Трабзоне Three Azerbaijani boxers reach U-15 European Championship finals in Trabzon --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 21:35 Kanadanın Baş naziri seçkilərə müdaxilə ilə bağlı ABŞ-nin ittihamlarını rədd edib Digər ölkələr 21:27 Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib Xarici siyasət 21:20 Gürcüstan və Mərkəzi Asiya ölkələri Orta Dəhlizin potensialını müzakirə edib Region 21:19 Azərbaycan Basketbol Liqası: "Sabah" turun açılış oyununda məğlub olub Komanda 21:08 "Eni" Kipr sahillərindəki qaz layihəsi üçün infrastruktura 1,8 milyard dollaradək vəsait ayıracaq Energetika 20:55 Premyer Liqa: "Zirə" "Sumqayıt"ı məğlub edib Futbol 20:52 Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb İqtisadiyyat 20:48 Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb Region 20:41 Rusiya oktyabrın 27-dən Xerson istiqamətində atəşkəs elan edib - Yenilənib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.