Azərbaycan Güləş Federasiyası ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb

İlham Əliyev COP31 Bakı 9° C USD - 1.700 EUR - 1.873 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan Güləş Federasiyası ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb Fərdi 16 noyabr, 2026 16:43 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Güləş Federasiyası (AGF) ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb.
Bu barədə "Report" a AGF-dən məlumat verilib.
AGF-nin baş katibi Pərvin Piriyev sözügedən ölkədə işgüzar səfərdə olub.
Səfərin əsas məqsədi güləşin inkişafı, milli komandaların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman idarəçiliyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsidir.
Səfər çərçivəsində Kolorado-Sprinqs şəhərində ABŞ Güləş Federasiyasının (USA Wrestling) nümayəndələri ilə görüş keçirilib. Görüşdə iki ölkənin güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, idmançı və məşqçi hazırlığı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Baş katib ABŞ Olimpiya Təlim Mərkəzində idmançıların hazırlıq sistemi, müasir məşq metodologiyaları və idman infrastrukturunun fəaliyyəti ilə tanış olub. Xüsusilə fiziki dözümlülüyün artırılması, idmançıların funksional hazırlığının təkmilləşdirilməsi və çəki salma prosesinin müasir, elmi əsaslandırılmış metodlarla təşkili mövzularında keçirilən seminarlarda iştirak edib. Bu sahələrdə əldə olunan təcrübənin Azərbaycan güləşçilərinin hazırlıq prosesində tətbiqi imkanları diqqət mərkəzində olub.
Səfərin Vaşinqton mərhələsində isə ABŞ Nümayəndələr Palatasında, Corc Meyson Universitetində və digər qurumlarda görüşlər keçirilib. Görüşlər zamanı idman menecmenti, gənclər idmanının inkişafı, idmanın iqtisadi inkişafdakı rolu və müasir idarəetmə modelləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər Azərbaycan Güləş Federasiyasının beynəlxalq əlaqələrinin gücləndirilməsi, milli komandaların hazırlıq keyfiyyətinin artırılması və güləşdə müasir elmi-praktik yanaşmaların tətbiqi baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanası tərəfindən dəstəklənən və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən "Open World" proqramının "İdman vasitəsilə iqtisadi inkişaf" (Economic Development through Sports) layihəsi çərçivəsində təşkil olunub. Proqramda Azərbaycan Güləş Federasiyası ilə yanaşı, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto Azerbaijan Wrestling Federation explores cooperation with USA Wrestling --> --> --> --> --> USD - 1.700 EUR - 1.873 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 9° C Son xəbərlər 00:30 Fidan: Qara dənizlə taxıl tədarükü ilə bağlı Rusiya və Avropayla danışıqlar aparırıq Region 00:28 Kuşner ABŞ, Rusiya, Ukrayna və Avropa arasında genişləndirilmiş görüşə hazırlıqları açıqlayıb Digər ölkələr 00:11 Azərbaycanda Milli Dirçəliş Günüdür Daxili siyasət 00:06 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Daxili siyasət 23:51 Foto Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib Futbol 23:40 ABŞ məlumat mərkəzlərinin istixana qazı emissiyaları Danimarkanın illik göstəricilərinə bərabərdir Digər ölkələr 23:12 Zelenski: Avropanın iştirakı ilə Ukrayna və ABŞ arasında onlayn danışıqlar aparılıb Digər ölkələr 22:55 Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib Xarici siyasət 22:49 İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.