Formula 1 · F-1.az
Şarl Lekler: Hər şey qaydasındadır

Ferrari üçün bu gün iki xoş xəbər var: Monzada baş vermiş qəza zamanı Şarl Leklerin maşınındakı güc qurğusu zədələnməyib və bundan sonra da istifadə oluna bilər, sürücü isə lazım olan müayinələrdən heç bir irad olmadan keçib və sabah Qran Pridə iştiraka buraxılmalıdır.