İdman24
Digər · APA Sport

Millimizin matçının hakimləri bəlli oldu

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri məlum olub.

Apasport.az xəbər verir ki, qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Aaron O`Doud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerard O'Brayan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paul Norton yerinə yetirəcək.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək oyun sentyabrın 25-də, saat 17:45-də başlayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə