Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 16° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib Mədəniyyət siyasəti 04 oktyabr, 2026 14:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur "Şahmaran" əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Bu barədə "Report" a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Səhnə əsərini Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, ictimaiyyət nümayəndələri və teatrsevərlər izləyiblər.
Libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan səhnə əsərinin süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərinin plastik həlli isə Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.
Rollarda Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda teatrın xor və balet truppaları çıxış edib.
Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin mütəfəkkir şairi Ömər Xəyyama aiddir.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Nümayişdən sonra Anar Ələkbərov və Adil Kərimli səhnəyə çıxaraq yaradıcı kollektivi təbrik edib, xatirə şəkilləri çəkdirilib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Xəbərlər Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 15:42 OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək Energetika 15:28 Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Ekologiya 15:13 UKMTO Hörmüz boğazında tankerə hücum barədə məlumat yayıb Digər ölkələr 15:06 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəlib - YENİLƏNİB Fərdi 15:03 İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik Region 14:49 Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB Fərdi 14:46 Maks Ferstappen Malayziya Qran-prisinin qalibi olub Formula 1 14:45 Respublika stadionunun 75 illiyinə həsr olunmuş matçda "Neftçi" qalib gəlib Futbol 14:37 Kataloniyada leysan səbəbindən iki nəfər ölüb, bir nəfər itkin düşüb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.