VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 17° C USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək Fərdi 06 oktyabr, 2026 09:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 1-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək.
Bu barədə "Report" a nazirlikdən məlumat verilib.
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş tədbir "Qürurla irəli!" şüarı altında təşkil olunacaq.
"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürəcəklər. 10 kilometr məsafəni əhatə edəcək qaçış saat 10:00-da başlayacaq. Finiş xəttini ilk keçən iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.
Oktyabrın 31-də isə tədbir ərazisində fan-zona fəaliyyət göstərəcək. Burada qonaqlar üçün müxtəlif əyləncələr və maraqlı proqramlar təqdim olunacaq.
Qaçışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Yerlər məhdud olduğundan iştirakçı sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq dayandırılacaq. İştirak üçün qeydiyyat zamanı 20 manat ianə ödənilməlidir.
Toplanan vəsait "YAŞAT" Fonduna köçürüləcək.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 11:50 "Sumqayıt" rəsmisi: "Mehdi Hüseynzadə adına stadionun qazonunun inkişafı gözlədiyimiz kimi olmadı" Futbol 11:44 "Fitch" neft-qaz qiymətləri üzrə proqnozlarını artırıb Energetika 11:40 Foto Xarici media nümayəndələri Astanadakı Uspensk kafedral kilsəsini ziyarət ediblər Media 11:38 Gündüz İsmayılov: Birgəyaşayış mədəniyyətimizə yönəlik təhdidlərə qarşı fəaliyyət koordinasiya edilməlidir Din 11:36 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ Ekologiya 11:32 İrina Zaretska: "Qazandığım qızıl medal istənilən şərhdən daha çox məna daşıyır" Fərdi 11:31 "Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək Maliyyə 11:30 "Siemens Energy": Avropa Azərbaycanı enerji qovşağı kimi görməlidir Energetika 11:28 U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.