İdman24
Futbol · APA Sport

“Fənərbaxça”nın əfsanəvi qapıçısı vəfat etdi

“Fənərbaxça”nın sabiq qapıçısı İliye Datku vəfat edib. Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. “Fənərbaxça” uzun illər komandanın qapısını qoruyan və qazandığı çempionluqlarla klubun tarixinə düşən sabiq futbolçusunun vəfatından kədərləndiyini bildirib: “Datku ailəsinə, yaxınlarına və böyük ‘Fənərbaxça’ camiəsinə başsağlığı veririk. Bu forma üçün çəkdiyin zəhmət heç vaxt unudulmayacaq, Datku”. Qeyd edək ki, rumıniyalı İliye Datku 1969-1975-ci illərdə “Fənərbaxça”nın formasını geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə