Kyeza: “Yalnız “Liverpul”u düşünürəm”

“Liverpul”un hücumçusu Federiko Kyeza gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, italiyalı futbolçu hazırda bütün diqqətini Mersisayd klubuna yönəltdiyini bildirib:
“Hazırda burada, “Liverpul”da xoşbəxtəm. Bu klubu, azarkeşləri, hər şeyi sevirəm. Burada şans qazanmaq üçün əlimdən gələni edirəm, sonra nə olacağını görəcəyik. İndi yalnız “Liverpul”u düşünürəm.
Mövsümün əvvəlində hər şey sıfırdan başlayır. Bəlkə də belə yeni başlanğıclar çox olub, amma bu, mənim üçün önəmli deyil.
Yeni baş məşqçi üçün əlimdən gələni edirəm. Ötən mövsüm də komandada daha vacib rol oynamağa hazır olduğumu hiss edirdim. Ancaq bu, məşqçinin qərarından asılı idi. Onun öz planları var idi və qərarlarına hörmətlə yanaşıram. Bu mövsüm isə yeni bir səhifədir. Yeni məşqçimiz var və mən diqqətimi buna yönəltmişəm”.