Fərid Şəfiyev: CAMCA regionunun geosiyasi landşaftı II Qarabağ müharibəsindən sonra dəyişib

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Fərid Şəfiyev: CAMCA regionunun geosiyasi landşaftı II Qarabağ müharibəsindən sonra dəyişib Xarici siyasət 01 oktyabr, 2026 11:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CAMCA ("Central Asia, Mongolia, Caucasus and Afghanistan") regionunda sabitlik qorunur, regionun geosiyasi landşaftı İkinci Qarabağ müharibəsindən sonra əsaslı şəkildə dəyişib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda deyib.
O qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan arasında dörd əsas istiqaməti əhatə edən sülh prosesi müşahidə olunur:
"Birincisi - sülh sazişidir. İkincisi - sərhədin delimitasiyası. Üçüncüsü - TRIPP ( Tramp Marşrutu - red.), yəni nəqliyyat əlaqələrinin inkişafı. Dördüncüsü - vətəndaş cəmiyyətləri arasında əlaqələrin qurulmasıdır. Müəyyən çətinliklərə baxmayaraq, bütövlükdə müsbət dinamika qorunur".
İdarə heyəti sədrinin sözlərinə görə, Gürcüstanın iştirakı olmadan Cənubi Qafqazda davamlı sülh qurmaq mümkün deyil.
O, həmçinin qeyd edib ki, Gürcüstan və Avropa İttifaqı arasında mövcud fikir ayrılıqlarına və digər problemlərə baxmayaraq, azad ölkələrin birgə siyasi və iqtisadi əməkdaşlıq üzrə müəyyən bir platforma formalaşdırması Cənubi Qafqaz üçün vacibdir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Скопировано Фарид Шафиев: Геополитический ландшафт региона CAMCA изменился после II Карабахской войны Farid Shafiyev: Geopolitical landscape of CAMCA region has changed following Second Karabakh War USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:34 Foto "Mingəçevir Reqatası-2026": Elmir Tarverdiyev - Mustafa Vəlizadə cütlüyü ikinci olub - YENİLƏNİB-4 Fərdi 12:33 Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq Komanda 12:32 Foto Video Jurnalist Məğrur Əli: 27 sentyabr səhəri "Atəş" əmrini bayram xəbəri kimi qarşılamışdıq - MÜSAHİBƏ Daxili siyasət 12:31 Moldova DİN: Kişinyevə hücum cəhdi edən Rusiyanın "Geran-4" dronu olub Digər ölkələr 12:29 Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb Hadisə 12:18 ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH Analitika 12:17 Ermənistan hökuməti dövlət büdcəsini 1,3 milyard dollar kəsirlə təsdiqləyib Maliyyə 12:14 Erdem Tındaş: Birgə layihələrimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə çalışırıq Hərbi 12:11 Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.