İdman24
Digər · APA Sport

Azərbaycanlı hakim Konfrans Liqası oyununu idarə edəcək

FIFA referisi Tural Qurbanov UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün təyinat alıb.

Apasport.az xəbər verir ki, azərbaycanlı hakim Monteneqronun “Deçiç” və Latviyanın “Liepaya” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.

Ona yan xətt hakimləri Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qarşılaşma iyulun 15-də Monteneqronun Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə