Digər · APA Sport
“Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək

“Beşiktaş”ın Avropa Liqasının Liqa mərhələsinin V turunda “Hapoel Beer-Şeva” ilə keçirəcəyi matçın yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, qarşılaşma Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandalar “Batumi” stadionunda üz-üzə gələcəklər.
Qeyd edək ki, "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçı noyabrın 26-da baş tutacaq.