Döyüş İdmanı · APA Sport
DÇ: Millimiz medal sayını 5-ə çatdırıb

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən güləşçi final görüşündə Özbəkistan təmsilçisi Bunyod Həsənova məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Bununla da Azərbaycan millisinin mundialdakı medal sayı 5-ə çatıb.
Daha əvvəl Əli Cavadlı (45 kq), İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.