İdman24
Futbol · APA Sport

DÇ-26: İsveçrə 1/4 finalda! - YENİLƏNİB

DÇ-2026-nın 1/8 final mərhələsinin son görüşü baş tutub.

Apasport.az xəbər verir ki, Kolumbiya millisi İsveçrə ilə üz-üzə gəlib.

Oyun Bakı vaxtilə saat 00:00-da start götürüb.

90 dəqiqə ərzində hesab açılmayıb və görüş əlavə vaxta gedib.

Əlavə vaxtda da hesab dəyişməyib: 0:0.

Matçın taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

Penaltilər seriyasında daha dəqiq oynayan İsveçrə millisi adını növbəti mərhələyə yazdırıb: 4:3.

Avropalılar 1/4 finalda Argentina ilə üz-üzə gələcək.

DÇ-2026 1/8 final 8 iyul 00:00. İsveçrə - Kolumbiya 0:0. Pen. (4:3)

İsveçrə : Kobel, Zakariya, Elvedi, Akanji, Rodriqes, Freyler, Caka, Rider, Yaşari, Ndoye, Embolo

Kolumbiya : Varqas, Moxika, Luçumi, Davinson, Munyos, Arias, Lerma, Puerta, Dias, X.Rodriqes, L.Suares

Orijinal mənbə

İdman24 əsas səhifə