Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər Digər ölkələr 31 oktyabr, 2026 08:10 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Konqresinə aralıq seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin məğlubiyyəti prezident Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyasında İrana qarşı zərbələrin yenidən başlanması ilə bağlı fərqli mövqelər mövcuddur.
Dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset bu qərarın tərəfdarıdır. Vitse-prezident Cey Di Vens, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner isə Tehranla danışıqların bərpasına üstünlük verirlər.
Administrasiyadakı mənbələrdən biri bildirib ki, Respublikaçılar aralıq seçkilərdə məğlub olacağı təqdirdə Tramp genişmiqyaslı hərbi əməliyyat barədə əmr verməyə daha çox meyilli ola bilər.
Bununla belə, "Axios"un istinad etdiyi Ağ Evin nümayəndəsi seçkilərin nəticələrinin Trampın İrana münasibətdə qərarına təsir edən amil olmadığını bildirib.
Portalın məlumatına görə, Qətər vasitəçiləri Tehranda ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların bərpasına yönəlmiş təmaslarda müəyyən irəliləyişə nail olublar. Vasitəçilərin iştirakı ilə danışıqların oktyabrın 31-də Dohada davam etdirilməsi nəzərdə tutulur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Axios: Поражение республиканцев может привести к возобновлению войны с Ираном --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 09:37 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (31.10.2026) Maliyyə 09:36 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub Sağlamlıq 09:29 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Fərdi 09:20 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb Hadisə 09:12 Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib Digər ölkələr 09:10 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Futbol 08:56 Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir Digər ölkələr 08:54 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Energetika 08:40 OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.